Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Babək prospektində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakini, 56 yaşlı Şirinova Gülnarə Üzeyir qızını vurub. Nəticədə G.Şirinova ağır bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man