Şirvanda polis əməkdaşının törətdiyi qəza ölümlə nəticələndi - VİDEO

İctimai nəqliyyat 07 Sentyabr 2020 | 21:17
OXUNUB: 3642

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Baku TV xəbər verir ki, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Şirvan şəhər polis şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı 24 yaşlı Murad Şərifov idarə etdiyi minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə yol kənarında dayanan digər minik avtomobilinə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sürcü - Şirvan sakini, 40 yaşlı Ələsgər Soltanov və piyada Şirvan sakini, 52 yaşlı Eldar Ələkbərov ağır xəsarətlərlə Hacıqabul rayon mərkəzi xəstəxanasına yerləşdirlib.

Piyada aldığı ağır xəsarətlərdən orda vəfat edib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man