Arxeoloqlar Qədim Misir fironlarına aid 13 sarkofaq aşkar ediblər - FOTO

Maraqlı 07 Sentyabr 2020 | 19:55
OXUNUB: 992

Arxeoloqlardan ibarət beynəlxalq ekspedisiya Misirin Saqqara bölgəsində fironlara aid 13 möhürlənmiş sarkofaq aşkar ediblər. Bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.

Təxminən yerin 11 metr dərinliyində aparılan qazıntılar zamanı taxta üzərində işlənmiş rəsmlər və yazılar da tapılıb. Arxeoloqlar bildiriblər ki, 2500 il tarixi olan sarkofaqların üzərindəki orijinal rənglər silinməyib.

Misirin Turizm və Qədim Abidələr naziri Xalid Ənani və Antik Əşyalar üzrə Ali Şuranın baş katibi Mustafa Vəziri də Saqqaraya gələrək arxeoloqların iş prosesini izləyiblər. Arxeoloqlar məlumat veriblər ki, sarkofaqlar möhürlənib və yerin altındakı xüsusi zirzəmiyə yerləşdirildiyi gündən bəri açılmayıb. Onların fironlara və ailə üzvlərinin hansına məxsus olması isə yaxın vaxtlarda müəyyən ediləcək.

Bu tapıntılar Əl-Əsasif gizli sığınacağında aşkar edilən mumiyalardan sonra ikinci böyük arxeoloji kəşf hesab olunur. (AZƏRTAC )

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man