Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 11 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Abşeron rayon sakini M.Mirqasımov idarə etdiyi “QAZ-3302” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 6 yaşlı Səid İmamverdiyevi vurub.
Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı Binqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man