Sumqayıtda avtomobil yoldan çıxaraq aşıb - FOTO

Yol qəzaları 07 Sentyabr 2020 | 08:36
OXUNUB: 1151

Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində 4 nömrəli şəhər xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini Amil Almuradov idarə etdiyi “10 0B 677” dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili yol ayrıcındakı işıq dirəyinə çırpıb. 

Zərbənin gücündən işıq dirəyi yerindən qopub, idarəetmədən çıxan avtomobil isə aşıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılan sürücü xəsarət almayıb. 

Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Əraziyə DYP əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub. Sürücü alkoqol testindən keçirilib, onun sərxoş olmadığı məlum olub. 

A.Almuradov hərəkətdə olarkən başqa bir avtomobilin onu sıxışdırması nəticəsində baş verdiyini  deyib.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man