Tərtərdə küp qəbirlər aşkar olunub - FOTO

Maraqlı 05 Sentyabr 2020 | 19:19
OXUNUB: 1090

Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində təsərrüfat işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri, saxsı qablar və insan sümükləri aşkar olunub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazi Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, təsərrüfat işləri dayandırılıb.

Həmin əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Baxış zamanı e.ə I əsrdən bizim eranın I əsrinə qədər olan dövrə aid olduğu ehtimal olunan 2 küp qəbir müəyyən olunub.

Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man