Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Yolu keçən 1960-cı il təvəllüdlü Sergey Cemidovu avtomobil vurub. Yaralı təcili yardımın köməyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən qəlpəli sınıqları və bədənin çoxsaylı əzilmiş-cırılmış yaraları diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man