Yol polisində şəhid ailələri ilə görüş keçirildi - Bu məsələyə görə... - FOTO

İctimai nəqliyyat 05 Sentyabr 2020 | 01:25
OXUNUB: 6641

Şəhidlərimizin fotoşəkillərini avtomobilin şüşələrinə vuraraq yollarda şütüyən sürücülərin sayı artır. Onların çoxu bunu şəhidlərimizə hörməti kimi etsə də, bəziləri şəhid adına hörmətsizlik nümayiş etdirir. Şəhidlərimizin fotoları vurulan maşınlarla kobud qayda pozan, yol polisi tərəfindən saxlandıqda fotoları önə çəkib “hörmət” tələb edənlər də var, bu fotoları maşınları vurub natəmiz saxlayan, kobudluq edənlər də var. Bunu nəzərə alaraq ötən həftə Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev bir qrup şəhid ailəsi ilə görüşüb. Görüş zamanı şəhidlərimizin ailə üzvlərinə sürücülər tərəfindən natəmiz saxlanılan fotoların görüntüləri təqdim edilib, kobud qayda pozuntularına dair faktlar göstərilib. Özü Qarabağ döyüşlərinin iştirakçısı olmuş, şəhid qardaşı olan Rəşid Piriyev bildirib ki, belə natəmiz fotolar vurulan avtomobillər saxlanılır, sürücülərlər mədəni şəkildə söhbət aparılır. Heç kimə cərimə yazılmır, sadəcə, şəhidlərimizin ruhunu əziz tutmaq üçün daha faydalı addımlar izah olunur: “Məsələn, biz təklif edirik ki, şəhidlərimizin şəkillərini maşınlara vurmaqdansa məhəllələrdə, həyətlərdə xatirə lövhəsi yaratmaq daha faydalı olar, vaxtında da qulluq etmək mümkündür. Kimsə ofisində, obyektinin qarşısında şəhidlərimizin fotolarından ibarət lövhə yaradarsa, binalardan asmaq istəyərsə biz də onlara köməklik göstərərik. Amma mən bir döyüşçü kimi, bir vətəndaş kimi şəhidlərimizin şəkillərinin natəmiz maşınlarda, toz-torpaq içində görmək istəmirəm. O şəkillərdən kimisnə sui-istifadə etməsi isə daha böyük biabırçılıqdır”. Şəhid ailəsi üzvləri də yaranmış vəziyyətin həssas bir mövzu olduğunu bildiriblər. Qeyd ediblər ki, hörmət əlaməti olaraq şəhidlərin şəkillərini maşınlarına vuran sürücülərə təşəkkür edirlər. Amma hazırda heç bir ailə üzvü avtomobilinə nə şəhidlərin fotolarını vurub, nə də bundan hansısa məqsəd üçün istifadə edir. Bunu nəzərə alaraq şəhid ailələrinin üzvləri də sürücülərə müraciət edərək fotoları maşınlara vurub natəmiz halda saxlamaqdansa həyətlərdə, ofislərin qarşısında lövhə asılmasını daha təqdirəlayiq hal saydıqlarını bildiriblər. Fotoları maşınlara vurub qayda pozan, daha sonra imtiyaz tələb edənləri qınayan şəhid ailələrinin üzvləri belə hərəkətləri şəhid adına hörmətsizlik kimi qiymətləndiriblər. Onlar qeyd ediblər ki, neqativ hallar çox baş verdiyi üçün hər kəs maşına vurulan şəhid fotolarını sökərək şəhidlərimizin xatirəsini öz həyətlərində, ofislərində uca utaraq xatirə lövhəsi yarada bilər. Bu addım hamı üçün faydalı olacaq. Qeyd edək ki, bir neçə gün əvvəl Milli Qəhraman, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da Baş DYP İdarəsinə etdiyi müraciətdə gənc sürücülərin şəhidlərə olan sayğılarını, sevgilərini yüksək qiymətləndirdiyini, lakin bəzi sürücülərin şəhid şəkilləri vurulmuş avtomobillərlə yol hərəkəti qaydalarının pozulmasının əleyhinə olduğunu və bunun yolverilməz olduğunu bildirib. Və onun müraciəti təkcə öz oğlu ilə bağlı deyildi. O, bütün şəhidlərimizin ruhuna ehtiramla, hörmətlə yanaşmağı xahiş edərək həmin şəkillərin avtomobilin gündə qorunan və ya tez-tez çirkab dəyən yerlərində deyil, salonunda yerləşdirilməsini daha uyğun hesab edib.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man