Rusiyanın Leninqrad əyalətində yük maşınının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 4-də gecə saatlarında M11 “Neva” trasının Tosnensk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Hyundai Solaris” markalı minik avtomobili, eyni istiqamətdə irəliləyən, “Mercedes-Benz” markalı qoşqulu yük maşınına arxadan çırpılıb.
Zərbənin təsirindən “Hyundai” yük maşının qoşqusunun altına girib. Qəzadan sonra hər iki nəqliyyat vasitəsi yanıb.
Hadisə nəticəsində minik avtomobilinin sahibi hadisə yerində ölüb, TIR-ın sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man