Sabirabad rayonunun Qaralı kəndində “Shagman” markalı yük avtomobili qəza törədərək diametri 57 mm olan qaz xəttinin üzərinə aşıb. “Azəriqaz” İstehsalat Birliyindən Avtosfer.az-a verilən məlumata görə, nəticədə qaz xəttinin 18 metrlik hissəsi, eləcə də 1 ədəd sayğac yararsız vəziyyətə düşüb. Müvəqqəti olaraq kəndin 171 abunəçisinin qaz təchizatı dayandırılıb.
Hazırda təmir işləri görülür.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man