Türkiyənin Balıkesir vilayətində mikroavtobusun iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Balya rayonunda qeydə alınıb.
Məlumata görə, Durmuş Kırnarın idarə etdiyi 10 VR 121 qeydiyyat nömrə nişanlı mikroavtobus, idarəetmədən çıxaraq 50 metr hündürlükdən uçuram yuvarlanıb.
Qəza nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man