Rusiyada Yol Patrul Xidmətinin əməkdaşları “Orenburq – Orsk” avtomagistralında yerləşən stasionar postda xidmət aparan zaman avtomobil daşıyan yük maşınını saxlayıblar. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, saxlanılan “Renault Premium” markalı maşının qoşqusunda, 8 ədəd avtomobil olub: “Toyota Camry” (2 ədəd), “Kia” (2 ədəd), “Toyota Land Cruiser” , “Land Rover” və “BMW”.
Mövcud sənədləri yoxlayan və avtomobillərə baxış keçirən polis əməkdaşları, 6 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin saxta olduğunu, “BMW”-nin isə İnterpol tərəfindən axtarıldığını müəyyən edib.
Aparılan araşdırma zamanı, saxta sənədli avtomobillərin Rusiyanın müxtəlif regionlarından, “BMW”-nin isə Almaniyadan qaçırıldığı məlum olub.
Qeyd edək ki, avtomobillərdən yalnız biri, “Toyota Camry”-nin sənədləri qaydasında olub.
Hazırda bütün nəqliyyat vasitələri müsadirə olunaraq cərimə meydançasına yerləşdirilib.
Bildirilir ki, avtomobillər sahiblərinə geri qaytarılacaq.
Bu istiqamətdə araşdırmalar davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man