Kolumbiyanın mərkəzində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 1-də səhər saatlarında Puerto-Lopes bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə “LaFM” radiostansiyası məlumat yayıb.
Məlumata görə, fumiqasiya keçirən təyyarə havaya qalxdıqdan bir neçə dəqiqədən sonra, hələlik məlum olmayan səbəblərdən qəzaya düşüb.
Bildirilir ki, hadisə zamanı pilot xəsarətlər alıb və o, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man