Avtomobil çökən yola düşüb yarıya kimi batdı – ANBAAN VİDEO

Nəqliyyat TV 01 Sentyabr 2020 | 13:47
OXUNUB: 1885

Rusiyanın Astraxan şəhərində hərəkətdə olan avtomobilin çuxura düşmə görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə “Savuşkina” və “Akademik Koroleva” küçələrinin kəsişməsində baş verib.

Kadrlarda, “Lada Larqus” markalı avtomobilin hərəkətdə olduğu yolun qəfildən çökməsi və sürücü ilə birlikdə yaranan çuxura düşdüyü görülür.

Bildirilir ki, insident nəticəsində sürücü xəsarət almayıb və o, avtomobili ilə birgə, hadisə yerinə cəlb edilən xilasedicilər tərəfindən çıxarılıb. 

Yerli KİV-in məlumatına görə, mütəxəssislər çuxurun əmələ gəlməsinin səbəbini, səkkiz metr dərinlikdən keçən kanalizasiya xəttində yaranan gizli sızma ilə izah ediblər.

Şəhərin icra başçısı zərərçəkmişə söz verib ki, ziyan görmüş avtomobili hadisəyə səbəb olanların hesabına təmir ediləcək.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man