İdarəetmədən çıxan minik avtomobilinin yanacaqdoldurma məntəqəsində törətdiyi qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, kadrlarda, yüksək sürətlə idarə olunan “Mercedes”in yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq sürükləndiyi görülür. Bundan sonra sürücü avtomobilin sükan idarəetməsinə hakim olmaq istəsə də, buna nail ola bilmir və maşın əvvəlcə məntəqənin yancaq pompasına sonra isə benzin dolduran pikapa çırpılır.
Bildirilir ki, qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man