Yol polisi karantin postlarındakı "şirinlik" məsələsini araşdırdı və AYDINLIQ GƏTİRDİ

İctimai nəqliyyat 31 Avqust 2020 | 14:49
OXUNUB: 1883

Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 29-da keçiridiyi son briginqdə “Reuters” agentliyinin müxbiri Nailə Balayevanın bəzi şəxslərin müəyyən qonorar müqabilində Ələt postundan buraxılmaları ilə bağlı Operativ Qərargahın məlumatının olub-olmaması, eləcə də DİN rəhbərliyi ilə bu mövzuda hər hansı müzakirələrin aparılıb-aparılmaması barədə verdiyi sualı cavablandıran Prezidentin köməkçisi Hikmət Hacıyev polis əməkdaşlarının pandemiya dövründə xidmətlərini yüksək qiymətləndirərək belə məsələlərin daim DİN rəhbərliyinin nəzarətində olduğunu və belə hallarla rastlaşan hər kəsin konkret faktlarla həmin orqana müraciət etmələrini tövsiyə edib.

Xanım jurnalist konkret faktlar göstərməsə də mövzu ilə bağlı sosial şəbəkələrdə çoxsaylı məlumatlar paylaşıldığını və bir nəfər həmkarının valideynlərinin şəhərdən rayona getmiş qohumu tərəfindən yoluxmaları barədə yazı dərc etdiyini bildirib.

Mövzu ilə bağlı hər hansısa araşdırmanın aparılıb-aparılmaması barədə Avtosfer.az-ın suallarını cavablandıran DİN Baş DYP İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Prezidentin köməkçisi Hikmət Hacıyevin polis əməkdaşlarının pandemiya dövründə apardıqları xidmət haqqında kifayət qədər geniş məlumat verdiyini əsas gətirib yalnız polislərin təqsirləndirildiyi məqama aydınlıq gətirərək xüsusi karantin nəzarət postlarında xidmət aparan polis əməkdaşlarının özlərinə də ciddi nəzarət olunduğunu dedi. Onun sözlərinə görə, belə hallarla bağlı vətəndaşlardan Baş İdarəyə rəsmi müraciətlər daxil olmasa da sosial şəbəkələrdə yayılan bu tipli məlumatlar onları da narahat edir və ona görə də hələ 4-5 ay əvvəldən indiyədək mütəmadi olaraq ictimaiyyətə müraciət edərək postlardakı qanunsuz hərəkətlər barədə istənilən məlumatı qəbul etməyə və məlumatı təqdim edən şəxsin məxfiliyini təmin etməyə hazır olduqlarını rəsmi şəkildə bildiriblər. “Onu da qeyd edim ki, belə siqnallar, habelə müəyyən məbləğ müqabilində postlardan keçirməyi vəd edən ayrı-ayrı sürücülər haqqında şikayətlər əsasında indiyədək DİN-in və BDYPİ-nin müvafiq xidmətləri tərəfindən mütəmadi olaraq gizli xidməti yoxlamalar aparılır və indiyədək postlarda səthi yoxlamalar aparan, əsassız güzəştlərə yol verən əməkdaşlar haqqında ciddi intizam tədbirləri görülüb, hətta bir neçə əməkdaş ümumiyyətlə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Nailə Balayevanın qeyd etdiyi yoluxdurma faktına gəlincə isə bildirmək istəyirəm ki, valideynlərinin qohumları tərəfindən yoluxduqlarını bildirən müxbir xanımla da əlaqə yaratmışıq və o, faktı təsdiqləyib. Lakin nə o, nə də qanunsuz rayona getdiyi deyilən şəxs karantin postlarında kiminləsə sövdələşmə apardığını, yaxud nəyinsə müqabilində polis əməkdaşının ona icazə verdiyini təsdiqləmədilər. Odur ki, bir daha əhalidən xahiş edirik ki, xüsusi karantin postlarında əgər kimsə polis əməkdaşı tərəfindən yol verilən hər hansı neqativ halla rastlaşarsa, sosial şəbəkələrdə şayiə tipli statuslar deyil, bir başa DİN-ə və ya Baş DYP İdarəsinin poçt ünvanına yazsınlar".

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man