Azərbaycanda qəribə hadisə: Oğurladığı maşını evakuatorla geri qaytardı - FOTO

Maraqlı 31 Avqust 2020 | 11:35
OXUNUB: 1645

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qalacıq kənd sakini E.Əhmədov ona məxsus “VAZ 2106” markalı avtomobilin qarajdan oğurlandığını və daha sonra küçədə aşkar etdiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirildikdən sonra o, sahibinə qaytarılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin zərərçəkmişin qonşusu, Qalacıq kənd sakini Əziz Şıxıyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq, Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı Ə.Şıxıyevin avtomobili oğurlayaraq, Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olan zaman nasazlıq səbəbindən onu sürə bilməmiş və həmin zaman oradan keçən evakuator avtomaşını ilə onu Qalacıq kəndi ərazisinə gətirib, daha sonra qaçaraq oradan uzaqlaşıb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

 

Namiq Musayev 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man