Minik avtomobili zirehli maşına çırpıldı;4 ölü, 1 yaralı - FOTO

Yol qəzaları 31 Avqust 2020 | 11:14
OXUNUB: 614

Cənubi Koreyada ABŞ silahlı qüvvələrinə məxsus zirehli maşının və minik avtomobilinin iştirak ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 30-da Poçhom şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, yerli sakin yüksək sürətlə idarə etdiyi "Hyundai" maraklı minik avtomobilini, hərbi baza istiqamətində hərəkətdə olan zirehli maşına arxadan çırpıb. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb. Qəza nəticəsində avtomobilin sürücüsü və 3 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Zirehli maşında olan biri hərbi qulluqçu isə yaralanıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man