İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO - VİDEO

Maraqlı 30 Avqust 2020 | 18:38
OXUNUB: 1323

Amerikalı biznesmen və ixtiraçı İlon Mask insanın kəllə sümüyünə implantasiya üçün “Link” cihazının təqdimatı zamanı çiplənmənin təxmini qiymətini açıqlayıb.

REN TV-nin məlüumatına görə, o, qiymətin əvvəlcə çox yüksək olacağını, lakin tezliklə düşəcəyini bildirib.

“Avtomatik rejimdə əməliyyatlar da daxil olmaqla onun dəyərinin bir neçə min dollara qədər enməsini istərdik”, - deyə Mask bildirib.

Onun sözlərinə görə, “Neuralink” şirkətindən olan ixtiraçılar əməliyyat üçün sistemin tam avtomatlaşdırılacağını, cihazın varlığının isə digər insanlar üçün görünməz olacağını gözləyirlər.

Çipin özü böyük dəmir pul ölçüsündə olacaq. Onun beynin fəaliyyətinə, o cümlədən müxtəlif pozğunluqların müalicəsinə təsir edəcəyi planlaşdırılır.

Qeyd edək ki, Mask bundan əvvəl beyin çipinin yaradılması ilə bağlı uğurlarını bölüşmüşdü. Belə ki, çipin prototipi və avtomatlaşdırılmış implantasiya üçün təkmilləşdirilmiş robot modeli iki donuzda uğurla sınaqdan keçirilib. Cihaz alimlərə heyvanın beyninin toxunma mərkəzlərinin fəaliyyətini və donuzun burnu ilə nəyə toxunduğunu simsiz rabitə kanalı vasitəsilə izləməyə imkan verib.

Bildirilir ki, çip insanda baş beynin və ya onurğa beyninin işinin pozulduğu epilepsiya, iflic və digər xəstəliklərlə mübarizə aparmağa imkan verəcək.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man