Rusiyaya məxsus Su-27 qırıcısının qəzaya uğrama səbəbləri AÇIQLANDI

Yol qəzaları 30 Avqust 2020 | 15:54
OXUNUB: 1069

Martın 25-də Rusiyaya məxsus Su-27 qırıcısının qəzaya uğramasının səbəbləri açıqlanıb. Avtosfer.az xəbər verir ki, qəzaya, təyyarənin qanadlarında olan raketlərin birinin mühərrikinin partlaması səbəb olub. Bu barədə bu gün “Zvezda” telekanalı məlumat yayıb.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin uçuş təhlükəsizliyi xidmətinin rəhbəri Sergey Baynetovun sözlərinə görə, partlayış, təlim atışı zamanı raket yerindən çıxarkən baş verib.

Telekanalın məlumatına görə, Krım sahillərindən tapılaraq çıxarılan qırıcının qalıqlarının bəzilərinin üzərində deşiklər və barıt qazlarının izləri də aşkarlanıb.

Bildirilir ki, qəza zamanı pilot həlak olub.

Qeyd edək ki, Su-27 qırıcı təyyarəsi, bu ilin martın 25-də Krımın Feodosiya şəhərindən 50 km aralıda Qara dəniz üzərində uçarkən radarlardan itmişdi.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man