“Kamaz”dan düşən təkər reys avtobusuna çırpıldı; 17 nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 30 Avqust 2020 | 14:52
OXUNUB: 1481

Dağıstanda reys avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza avqustun 30-da gecə saatlarında Tarumovsk rayonu ərazisində qeydə alınıb. Bu barədə Respublikanın DİN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Kamaz” markalı yük maşınının qoşqusundan yol düşən təkər, Maxaçkala – Moskva reysini həyata keçirən, içərisində 45 sərnişinin olduğu avtobusa dəyib. Bundan sonra sürücünün idarəetməsindən çıxan avtobus yol kənarına aşıb.

Qəza nəticəsində 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man