Avtomobil qiymətinə qoyun satıldı - 827,200 manata

Maraqlı 29 Avqust 2020 | 20:05
OXUNUB: 1785

Şotlandiyada qoyun “Scottish National Texel Sale” hərracında rekord məbləğə satılıb. Avtosfer.az xəbər verir ki, teksel cinsindən olan “Double Diamond” ləqəbli qoyun 367,5 min funt sterlinqə (827,200 manat) alıcı tapıb. Bu barədə “Independent” nəşri məlumat yayıb.

Məlumata görə, heyvanın başlanğıc qiyməti 10,5 min funt (23,666 manat) təşkil edib. Üç alıcının təklif etdiyi son qiymət həm İngiltərə, həm də dünya üçün rekord həddə olub.

Bildirilir ki, ötən rekord 2019-cu ildə Şotlandiyanın Lanark şəhərində keçirilən auksionda 231 min funta satılan qoyuna məxsus olub.

Qeyd edək ki, teksel cinsi qoyunlar İngiltərədə ən populyardır. Onlar ətlərinin keyfiyyətinə və artımlı olduqlarına görə yetişdirirlər. Məhz bu xüsusiyyətlərinə görə də heyvanların qiyməti belə yüksəkdir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man