“Mercedes-Benz” şirkəti Rusiya bazarlarından 328 ədəd yeni nəsil “A-Class” hetçbek və sedanı geri çağırır. Avtosfer.az xəbər verir ki, bu 2018–2020-ci illər ərzində istehsal edilmiş modellərə şamil edilir. Bu barədə “Rosstandart” məlumat yayıb.
Çağırışa səbəb isə, nəqliyyat vasitələrində kondisionerin kondensatı üçün drenaj şlanqının düzgün qoşulmaması ehtimalıdır.
Şirkət, potensial nasazlıqla qarşılaşmış avtomobil sahiblərinə xəbərdarlıq edəcək.
Budan əlavə, sürücülər maşınlarının çağırışa düşüb-düşməməsi ilə bağlı “Rosstandart” portalında dərc edilmiş VIN-nömrə siyahısından öyrənə bilərlər.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man