Mingəçevirdə yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
"VAZ 2107" və "VAZ 2109" markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "VAZ 2109"-un sürücüsü 1992-ci il təvəllüdlü şəhər sakini Nağıbəyli Cəlil Namiq oğlu və avtomobildə olan sərnişin - 1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Abdullayeva Ülviyyə Arif qızı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man