Türkiyənin Antalya şəhərində hərəkətdə olan avtomobildəki yeniyetmələrin təhlükəli oyunu kameraya düşüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisənin videosu Konyaltı rayonunda qeydə alınıb.
Kadrlarda, “Atatürk” prospektində 07 CJZ 68 markalı “Audi” markalı minik avtomobilinin hərəkətdə olduğu və bu zaman arxa yan qapıların şüşələrini aşağı endirərək iki nəfərin çıxdığı görülür. Bundan sonra onlar qapının pəncərəsində oturaraq avtomobilin damında əlləri ilə “daş, kağız, qayçı” oyunu oynayırlar. Gənclərin təhlükəli oyunu Adnan Menderes prospektinə qədər davam edib.
Hadisə şahidi bildirib ki, avtomobilin sürətlə hərəkətdə olduğu vaxt, ön sərnişin kreslosunda əyləşən şəxs də maşının qapısında oturaraq içki içib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man