Küçələrində avtomobillərin olmayacağı şəhər tikilir

Maraqlı 28 Avqust 2020 | 11:50
OXUNUB: 890

Almaniyanın Berlin şəhərinin yaxınlığında 16 hektar ərazidə avtomobillərin olmayacağı şəhər tikiləcək. Bu barədə “Welt” nəşri məlumat yayıb. Şəhər Bukover Felder adlandırılacaq. Yeni şəhər bütün ekoloji standartlara uyğun qurulacaq və əsas fərqi küçələrində avtomobillərin olmaması olacaq.

Şəhər sakinləri hərəkət üçün velosiped yollarından istifadə edəcək, avtomobilləri saxlamaq üçünsə şəhərin ətrafında xüsusi qarajlar hazırlanacaq.

Şəhərin tikintisinə 2021-ci ildə başlanılacaq. Tikintinin üç il ərzində yekunlaşdırılması planlaşdırılır.

Mənzil şirkətlərindən birinin menecerinin sözlərinə görə, belə şəhərlərin tikintisi olduqca mühümdür, bu gün insanlar sakitlik və rahatlıq istəyirlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man