Polis əməkdaşı sürücü tərəfindən bıçaqlandı – ANBAAN VİDEO  

Nəqliyyat TV 27 Avqust 2020 | 18:45
OXUNUB: 3449

Rusiyanın Vladivostok şəhərində, hüquq-mühafizə orqanları əməkdaşları, yolda baş verən insident nəticəsində yol polisi əməkdaşını bıçaqlayan şəxsi axtarır. Avtosfer.az xəbər verir ki, hadisə görüntüləri avqustun 26-da “Pobeda” parkı yaxınlığında qeydə alınıb.

Kadrlarda, iki nəfərin ağ rəngli avtomobilə doğru hərəkət edərək, hələlik məlum olmayan səbəblərdən sürücüyə yumruq-təpik zərbələri endirdikləri görülür. 

Bundan sonra sürücü avtomobildən çıxaraq əlindəki bıçaqla qara qısaqol köynəkdəki kişiyə xəsarətlər yetirir və ardınca da hadisə yerindən yayınır.

Qeydə edək ki, əlindən və ayağından bıçaq yaraları alan şəxs həmin vaxt xidmətdə olmayan Yol Patrul Xidmətinin əməkdaşıdır.

Bildirilir ki, çoxlu qan itirən polisin vəziyyəti ağırdır.

Yerli KİV-in məlumatına görə, polislər artıq hadisəni törədən şəxsin “Kudo” şərq döyüş növü üzrə məşqçi olduğunu müəyyən ediblər. Hazırda onun axtarışları davam etdirilir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man