Dünyanın ən sürətli limuzini 400 min dollara satışa çıxarıldı - FOTO

Nəqliyyat xəbərləri 27 Avqust 2020 | 16:15
OXUNUB: 2533

Avstraliyada dünyanın ən sürətli limuzin kuzalı “Ferrari 360 Modena” markalı avtomobili satışa çıxarılıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, avtomobilin salonunda sürücü və ön sərnişindən başqa 8 nəfər də otura bilər.

Məlumata görə, limuzin cəmi 65 min kilometr sürülüb. O, 100 kilometr saatı  6,2 saniyəyə yığır, onun maksimal sürəti isə 270 km/s-dır. Avtomobilin salonunun bəzəyi üçün bahalı materialdan istifadə edilib və buda modelə əlavə dəyər qazandırıb. Bundan əlavə, maşına yeni müasir multimedia sistemi ilə bərabər bir neçə sensorlu ekran da quraşdırılıb.

Bildirilir ki, “Ferrari 360 Modena” limuzinin qiyməti 400 min dollardır.

Maşın öz sinfində dünyanın ən sürətli və uzun “Ferrari”si kimi Ginnessin rekordlar kitabına düşüb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man