Kalmıkiya Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 26-da gecə saatlarında “Yaşkul – Komsomol – Artezian” avtomagistralının Çernozemelsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, Maxaçkala – Moskva reysinin həyata keçirən və içərisində 45 nəfərin olduğu sərnişinin avtobusu, “Kamaz” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Digər sərnişinlər isə əlavə avtobusla yola salınıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man