İlk ərəb Mars zondu 100 milyon kilometr məsafə qət edib

Maraqlı 25 Avqust 2020 | 20:34
OXUNUB: 1221

İyulun 20-da Yaponiyanın Taneqaşima Kosmik Mərkəzindən kosmosa buraxılmış ilk ərəb Mars missiyası – “Hope Probe” zondu 100 milyon kilometr məsafə qət edib.

Bu xəbəri Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd bin Rəşid Kosmik Mərkəzi yayıb.

Məlumatda qeyd edilib ki, artıq Saturn və Yupiter planetlərini arxada buraxan Mars zondu gələn ilin fevralında Marsın orbitinə daxil olacaq. Hazırda “Hope Probe” 493 milyon kilometrlik ümumi məsafənin 20 faizini qət edib. Onun orta uçuş sürəti isə saatda 110 min ilə 120 min kilometr arasında dəyişir. Qət edilən bugünkü məsafənin Yer kürəsindən Aya 130 səyahət qədər olduğu bildirilir. Marsa yaxınlaşdıqda isə zondun sürəti saatda 18 min kilometrə düşəcək.

Qırmızı planetin iqlimini və atmosferini tədqiq edəcək “Hope Probe” ən müasir cihazlarla təchiz edilib. Ozon qatı, buzluqlar, oksigen və hidrogenin səviyyəsini ölçmək üçün də xüsusi ultrabənövşəyi spektrometrlər quraşdırılıb. Bu zond ilk dəfə olaraq 687 gün davam edən Mars ili ərzində Qırmızı planetin atmosferində baş verən dəyişikliklərin təsvirini Yerə göndərəcək. (AZƏRTAC)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man