Güclü külək qəzaya səbəb oldu; lokomotiv və 23 yük vaqonu relsdən çıxdı

Yol qəzaları 25 Avqust 2020 | 14:00
OXUNUB: 865

Qazaxıstanın şərqində lokomotiv və 20-yə yaxın yük vaqonu relsdən çıxıb. Avtosfer.az xəbər verir ki, insident avqustun 25-də səhər saatlarında Jaksıbulak stansiyasında qeydə alınıb. Bu barədə "Qazaxıstan Dəmir Yolları" ASC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, stansiyada dayanmış yük vaqonları güclü külək səbəbindən özbaşına hərəkətə gələrək, qarşıdakı yenicə gəlmiş “№ 3471” yük qatarına çırpılıb və sonra yanğın baş verib.

Bildirilir ki, qəza nəticəsində 23 vaqon və lokomotiv relsdən çıxıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Əraziyə yanğınsöndürmə və qəzanı araşdırmaq üçün xüsusi komissiya cəlb edilib.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man