Lənkəranda baş verən yol qəzasında 4 nəfər yaralanıb

Yol qəzaları 25 Avqust 2020 | 11:06
OXUNUB: 682

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Hadisə ötən gecə Lənkəran-Lerik yolunun rayonun Qrumba kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan  Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Mehdi Azər oğlu Əkbərov və Darquba kənd sakini, 2000-ci il təvəllüdlü Rusif Rafiq oğlu Babayev vəziyyətləri daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Qapalı kəllə-beyin travması alan Şilavar kənd sakinləri, 1999-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Ağacanov və 2000-ci il təvəllüdlü Vüqar Elşad oğlu Əlizadə travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətləri kafidir. Hadisəni törədən sürücü saxlanılaraq izahatı alınması üçün polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man