Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Göygöl rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında qeydə alınıb.
Belə ki, Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi zərər dəyib.
Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Fakta bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man