Hacıqabul sakini velosipeddən yıxılaraq ağır xəsarət aldı

Yol qəzaları 24 Avqust 2020 | 22:39
OXUNUB: 1210

Hacıqabulda velosiped sürən şəxs ağır xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ağacanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Bağırov Əliverdi Bilal oğlu velosipedlə hərəkətdə olarkən qəfil qarşısına azyaşlı uşaq çıxıb.

Sürət həddi çox olduğundan o, azyaşlını vurmamaq üçün istiqaməti dəyişmək istəyib. Elə bu zaman velosiped aşıb və Ə. Bağırov yerə yıxılıb. 

Ağır kəllə-beyin travması alan velosipedçi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man