Türkiyənin Balıkesir vilayətində sürücülər arasında yol verməmək üstündə dava baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Bandırma rayonu ərazisində yerləşən eyni adlı yol qovşağında qeydə alınıb.
Məlumata görə, təmir səbəbindən daralan yolda, yol verməmək üzündən sürücülər arasında yumruq-təpikli dava başlayıb. Bundan sonra yol, ümumiyyətlə nəqliyyatın hərəkətinə iki tərəfli bağlanıb. Həm davanı izləyən, həm də tıxacda qalan digər sürücülər avtomobillərinin siqnalına basaraq etiraz ediblər.
Bir müddət davam edən əlbəyaxa döyüş, ətrafdakıların araya girməsi ilə sona çatıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man