Bakıya sərnişin daşıyan mikroavtobus aşdı: Ölən və yaralananlar var - FOTO

Yol qəzaları 24 Avqust 2020 | 18:23
OXUNUB: 11676

Qobustan rayonunun Mərəzə qəsəbəsində sərnişin daşıyan mikroavtobusun aşması nəticəsində bir nəfər ağır xəsarət alıb. Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.O bildirib ki, yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, qəza nəticəsində bir nəfər ölüb: “Mercedes Vita”markalı, 90 XP 790 dövlət qeydiyyat nişanlı mikroavtobus Qaxdan Bakı istiqamətində hərəkətdə olub. Yolda yağışın yaratdığı sürüşmə nəticəsində idarəetməni itirib və beton arakəsməyə çırpılaraq aşıb. Hadisə nəticəsində Qax rayon sakini, 1996-cı il təvəllüdlü qadın başı daşa dəyərək həyatını itirib”.

×××

Qobustan rayonu ərazisində yol qəzası baş verib. Məlumata görə, hadisə rayonun Mərəzə qəsəbəsi ərazisində baş verib. Bakıdan Zaqatalaya gedən "Mercedes Vito" markalı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılaraq aşıb. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər dünyasını dəyişib, 2 nəfər isə ağır xəsarət alıb. Xəsarət alanlar Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralananlar Zaqatala rayon sakinləridir.

Məlumata görə, hadisəyə səbəb yağışlı hava şəraiti olub. Güclü yağış nəticəsində yol sürüşkən olduğundan sürücü dönmə əməliyyatını düzgün aparmadığından idarəetməni itirərək avtomobili aşırıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man