Astarada avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

İctimai nəqliyyat 24 Avqust 2020 | 11:17
OXUNUB: 1450

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ciddi təhlükə yaradan sürücü saxlanılıb.

APA-nın xəbərinə görə, Astara rayonunun Siyakü kənd sakini S.Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib və bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkəyə yerləşdirilib.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan S.Şahbazov barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man