Gürcüstanda mikroavtobus 80 metr hündürlükdən düşdü; 17 ölü, 3 yaralı

Yol qəzaları 24 Avqust 2020 | 08:37
OXUNUB: 2867

Gürcüstanın şimal-şərqində mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza Duşetsk bələdiyyəsinin Biso kəndi yaxınlığından keçən “Şatili” yolunda qeydə alınıb. Bu barədə avqustun 23-də Respublika DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dağlıq ərazidə yerləşən yolda hərəkətdə olan mikroavtobus, sürücünün idarəetməsindən çıxaraq 80 metr hündürlükdən uçuruma yuvarlanıb. Qəza nəticəsində 17 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. 

Yaralılar, xilasedicilərin köməkliyi ilə deformasiyaya uğramış mikroavtobusdan çıxarılıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.

Nəqliyyat vasitəsinin içərisində dəqiq neçə nəfərin olduğu və qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bununla əlaqədar, ölkə prezidenti Salome Zurabişvili və baş nazir qəzada dünyasını dəyişən insanların ailələrinə və yaxınlarına baş sağlığı verib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man