Bu ölkədə erməni nömrəli maşınlar cərimələnəcək - Ayın 1-dən

Nəqliyyat xəbərləri 24 Avqust 2020 | 00:29
OXUNUB: 15752

Sentyabrın 1-dən Qazaxıstanda qeydiyyatdan keçməmiş Ermənistan dövlət nömrə nişanlı avtomobillər idarə edən sürücülər cərimələnəcək. APA-nın “sputniknews.kz” saytına istinadən verdiyi məlumata görə, sentyabrın 1-də Qazaxıstanda Ermənistan dövlət nömrə nişanlı avtomobillərin qeydiyyatı üçün ayrılan müddət başa çatır.

Qazaxıstan Daxili İşlər Nazirliyinin İnzibati Polis Komitəsinin rəhbəri Murat Baymukaşov deyib ki, hazırda Qazaxıstanda Ermənistan dövlət nömrə nişanlı 11 mindən çox avtomobil qeydiyyatdan keçib, 3 mindən çox Ermənistan dövlət nömrə nişanlı avtomobil isə hələ qeydiyyata alınmayıb. M. Baymukaşov Qazaxıstan dövlət orqanlarının bir neçə amilə görə Ermənistan dövlət nömrə nişanlı avtomobillərə diqqət yönəltdiyini söyləyib. Ötən dövr ərzində Qazaxıstanda baş verən qəzalarda bu avtomobillərin iştirakı çox olub. Təkcə keçən il Ermənistan dövlət nömrə nişanlı avtomobillərin iştirakı ilə 2 mindən çox qəza olub, bunlardan 130-u ölümlə nəticələnib. Həm də Qazaxıstanda Ermənistan dövlət nömrə nişanlı avtomobilləri idarə edən sürücülər qəsdən yol hərəkət qaydalarını pozurlar, çünki videomüşahidə sisteminin həmin avtomobillərin nömrələrini qeydə ala bilmədiyindən xəbərdardırlar.

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man