Metallomdan aldığı “Qaradayı”nı 10,500 manata satdı - FOTOLAR

Nəqliyyat xəbərləri 22 Avqust 2020 | 19:16
OXUNUB: 3604

Türkiyədə maşın ustası metallomdan aldığı avtomobili 45 min lirəyə (10,500 manat) satıb. Avtosfer.az xəbər verir ki, Ədirnədə yaşayan Onurcan Aksoy, 1990-cı il istehsalı olan “Tofaş” markalı avtomobili, bir başqa maşının təmirinə lazım olan detal almağa getdiyi zaman, atılmış avtomobil parkında görüb. Aksoy yalnız kuzadan ibarət olan avtomobili 700 lirə (164 manat) ödəyərək alıb.

O, dörd il ərzində avtomobilin detallarına 15 min lirə (3500 manat) daha xərcləyərək onu əla vəziyyətə gətirib.

Maşının xarici görünüşünə və daxilinə əlavələr edən usta, Trakiyada keçirilən “avtomobillərin gözəllik” yarışında iştirak edərək dərəcələr əldə edib.

Aksoy, çox sevib gözü kimi baxdığı “Qaradayı” adı verdiyi avtomobilini, bir müddət əvvəl Almaniyadan tətil üçün gələn İlkay Seleciyə 45 min lirəyə satıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man