Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

26 May 2020 | 11:20
OXUNUB: 6495
 

Türkiyənin "TV8” telekanalının sahibi, məşhur prodüser və aparıcı Acun Ilıcalının "Instagram” hesabından açdığı canlı yayımı üç milyondan artıq istifadəçi izləyib.

"HaberGlobal”ın məlumatına görə, bununla da Acun Ilıcalı dünya rekordu müəyyənləşdirib.

 

Teleaparıcı ötən gün saat 23:30-da açdığı canlı yayıma iki dəqiqə ərzində üç milyon izləyici toplaya bilib. Bununla da əvvəlki iki milyonluq göstəricini geridə qoyub və yeni dünya rekordunu təyin edib.

Xatırladaq ki, buna qədər "Instagram”da ən çox izlənən canlı yayım məşhur reper Daniel Hernandesə (Tekaşi69) məxsus olub. 24 yaşlı reperin həbs cəzası barədə danışdığı canlı yayımı iki milyondan artıq istifadəçi izləmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man