Qobustanda ağır qəza: Bir ölü, iki yaralı - VİDEO

Yol qəzaları 21 Avqust 2020 | 00:36
OXUNUB: 4638

Qobustan rayonunda ağır yol qəza hadisəsi baş verib. Baku TV xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 104- cü kilometiriliyində Qobustan rayonu ərazisində qeydə alınıb. Qobustan rayon Çuxanlı kənd sakini, 2000-ci il təvəllüdlü Qüdrət Şahverdiyevin idarə etdiyi minik maşını eyni istiqamətdə  hərəkətdə olan, Qobustan rayon Təklə kənd sakini 1962-ci il təvəllüdlü Bəybala Cəbrayılovun idarə etdiyi yanacaq daşıyan yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəzanın gücündən avtomobilin ön hissəsi yararsız hala düşüb.

Hadisə zamanı avtomobildə olan sərnişin Qobustan rayon Çuxanlı kənd sakini 1978-ci il təvəllüdlü Sevda Şahverdiyeva, onun oğlu sürücü Qüdrət Şahverdiyev ağır bədən xəsarətləri ilə Xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Avtomobildə olan digər sərnişin onların həmkəndlisi 2000- ci il təvəllüdlü Aytac Məmmədova isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man