Polis, sərxoş olub yolda və səkidə yatanlara müraciət etdi

İctimai nəqliyyat 20 Avqust 2020 | 08:58
OXUNUB: 3083

Yaponiyada Okinava prefekturasının polisi, yerli sakinlərə sərxoş vəziyyətdə yolda və səkidə yataraq qəzaya səbəb olmamaları barədə müraciət edib. Avtosfer.az “The Mainichi” portalına istinadən xəbər verir ki, prefektura polis rəisi Tadataki Miyadzava, alkoqollu içki qəbul edən insanların gah səkidə, gah da ki yolun hərəkət hissəsində yatdıqlarını bildirib: “Ancaq belə məsuliyyətsizlik sonda faciəyə gətirib çıxara bilər”. 

Onun sözlərinə görə, ötən il sürücülər 16 belə sərxoş insanı vurub, onlardan 3-ü aldığı xəsarətlərdən ölüb, bir çoxlarının isə bəxti gətirib: “Kimisi özü ayılıb gedir, kimisini isə polis aparır”.

Tadataki Miyadzava qeyd edib ki, hətta, bir neçə sərxoş qızın soyunaraq, yolu “sevimli çarpayı”sı kimi qəbul edib yatdığının da şahidi olublar: “Bu cür hallarla bağlı polis yalnız xəbərdarlıqla kifayətlənmir, daha bir mübarizə yolu da var: cərimə. Qayda pozanlar inzibati məsuliyyətə cəlb olunaraq, əməkdaşlarımız tərəfindən  barələrində protokollar yazılır və 50 min yen (805 manat) məbləğində cərimə olunurlar.

Qeyd edək ki, ötən il prefektura ərazisində 7 minə yaxın belə hal qeydə alınıb. Bu ilin ilk altı ayında isə bu 2702 nəfər olub. 

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man