İcra başçısı onlayn qəbulda dinlədiyi sakinin evinə gəldi – ONA BU HƏDİYYƏNİ VERDİ

23 May 2020 | 22:07
OXUNUB: 23182

İsmayıllı sakini dövlət dəstəyini evində aldı


İsmayıllı şəhər sakini, II qrup əlil İlham Dadaşova evində elektron araba hədiyyə olunub. Belə ki, bu günlərdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov əzələ xəstəliyindən əziyyət çəkən vətəndaşı videobağlantı vasitəsi ilə qəbul edib. Görüşün mövzusu rayon sakininin xəstəliyi barədə olub. Müalicənin gedişi və bu sahədə çətinliklərdən bəhs olunub. İ.Dadaşova dəstək veriləcəyi bildirib.


Sfera.az xəbər verir ki, videoqəbuldan 2 gün sonra, icra başçısı dövlət qayğısından irəli gələn hədiyyəni vətəndaşa evində verib, onu Ramazan bayramı və 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. Karantin qaydalarına əməl olunaraq təşkil edilmiş yeni görüş zamanı rayon sakini qısa zamanda dövlət tərəfindən göstərilən köməyə görə təşəkkürünü bildirib. O, əlilliyi ilə əlaqədar hər ay dövlətdən aldığı təqaüdə görə də məmnunluğunu nəzərə çatdırıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man