“Toyota” ilə toqquşan mikroavtobus aşdı; 3-ü uşaq, 7 yaralı - FOTO

Yol qəzaları 18 Avqust 2020 | 17:08
OXUNUB: 2017

Rusiyanın Volqoqrad şəhərində marşrut mikroavtobusunun və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 18-də yerli saatla 11:20-də Lenin prospekti ilə Komsomol küçəsinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, 19 yaşlı sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə, hərəkətdə olan zaman ara məsafəsi saxlamayaraq “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub.

Zərbənin təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində 3-ü uşaq olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib, araşdırmalar aparılır.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man