Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində baş verib. Belə ki, Bəkir Çobanzadə küçəsi ilə Rüstəm Rüstəmov küçələrinin kəsişməsində işıqforun qırmızı işığında keçən sürücü təhlükə yaradıb.
99 UZ 095 dövlət nömrə nişanlı avtomobilin sürücüsü həm qırmızı işıqda, həm də ikinci zolaqdan sağa - Rüstəm Rüstəmov küçəsində dönür. Maraqlıdır ki, cəmi 2 saniyə sonra yaşıl işıq yanır. İki saniyə səbr edə bilməyən sürücü təhlükə yaradır.
Videonu təqdim edirik:
Fərid
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man