“Radar”a düşən sürücülər HƏDİYYƏ QAZANACAQ

Nəqliyyat xəbərləri 17 Avqust 2020 | 16:17
OXUNUB: 6172

Adətən sürücülər radara düşəndə cərimə ödəməli olurlar, bu dəfə isə əksinə olacaq. Avtosfer.az xəbər verir ki, tanınmış aparıcılar Elcan Məmmədli və Rüfət Nadirlinin təqdimatında həftə içi 5 gün saat 16:00-dan 17:00-dək Space radio 104 FM-də “Radar” adlı yeni layihədə sükan arxasında olan sürücülər 20 litr benzin qazanacaq.

Bunun üçün çətin suallara cavab vermək və ya hər hansı bir şərti yerinə yetirməyə ehtiyac yoxdur.Yeganə şərt radioda "Radar”a düşməkdir.Əgər siz radioda avtomobilinizin dövlət nömrə nişanını eşitdinizsə,deməli artıq "Radar”a düşmüsünüz. Avtomobilinizi saxlayırsiz və səyyar aparıcınız Elcan sizə 20 litr yanacağı hədiyyə edir.Bu qədər sadə!

"Radar” avtoşousu bu ayın sonu başlayacaq. ”Radar”ın layihə rəhbəri və aparıcılarından biri Elcan Məmmədli layihənin fərqliliyinə diqqət çəkərək qısa zamanda avtoşounun sükan arxasında əyləşən sürücülərin favorit verilişinə çevriləcəyini bildirdi.

“Biz inanırıq ki, layihəmizlə dinləyicilərimizə çoxlu hədiyyələr qazandıracayıq. Bundan başqa, həmkarım, dəyərli dostum Rüfətlə bu layihəni bölüşmək çox xoşdu. Sürücülərimizə demək istəyirəm ki, bu "Radar”a hər biri düşə bilər.Qulağınız bizdə, diqqətiniz yolda olsun!

Biz də öz növbəmizdə sevilən aparıcılarımıza yeni layihədə uğurlar arzu edirik.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man