Ən populyar avtomatik transmissiyalı avtomobillərin - REYTİNQİ

Nəqliyyat xəbərləri 17 Avqust 2020 | 14:00
OXUNUB: 3049

2020-ci ilin ilk yarısında, Rusiyada ən populyar avtomatik transmissiyalı avtomobil “Kia Rio” olub. Avtosfer.az xəbər verir ki, 6 ay ərzində ölkədə 24,4 min belə maşın satılıb. Bu rəqəmlər ötən ilin anoloji göstəricilərindən 17,9% azdır. Bu barədə “Avtostat” analitik agentliyi məlumat yayıb.

Hazırda Rusiya avtomobil bazarlarında “Kia Rio”nun kuzov hetçbek və sedan versiyası təklif olunur.

Reytinqin 2-ci yerində - “Hyundai Creta”dır. Yarım il ərzində rusiyalılar 22,9 min belə “avtomotik” crossover (-7,9%) alıblar.

İlk üçlüyü “Toyota RAV4” bağlayır. Yanvar ayından maya kimi Rusiyada 14,9 min belə krossover realizə edilib. Bu da ötən ilin eyni statistikası ilə müqayisədə 26,1% çoxdur. 

“Toyota RAV4”, satış artımı göstərən reytinqdə ən populyar avtomatik transmissiyalı maşın sıralamasında yeganə avtomobil olub.

Dördüncü və beşinci yerdə “Hyundai Solaris” – “Volkswagen Polo” brendləridir. 6 ayda rusiyalılar 14 427 (-35,3%) və 13 335 (-22,4%) müvafiq maşınlardan əldə ediblər.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man