Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib - FOTO

19 May 2020 | 23:30
OXUNUB: 3089
 Mayın 18-də Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun ikinci iclası keçirilib.  

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata görə, videokonfrans formatında keçirilən iclasda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksək səviyyəli şəxslər iştirak edib.  

Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstək verilməsidir. 

İclasda karantin rejimindən çıxış strategiyaları üzrə koordinasiyanın vacibliyi, postpandemiya dövrünə hazırlıq, təchizat zəncirinin dayanıqlığının artırılması, "yaşıl iqtisadiyyat”ın dəstəklənməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib. 

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun 1-ci iclası aprelin 30-da keçirilib. 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man