Azərbaycanda dəhşətli qəzada polisin başı bədənindən ayrıldı - VİDEO - 16+

İctimai nəqliyyat 17 Avqust 2020 | 11:22
OXUNUB: 138763

Xəbər verdiyimiz kimi, ötən gün Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub. Hadisə zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan  1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızı həyatlarını itiriblər.

Dəhşətli qəza zamanı sürət o qədər yüksək olub ki, maşın kombaynın önünə dəydikdən sonra Elnur Çağırqanovun başı bədənindən qoparaq arxa oturacağa düşüb, qızın isə cəsədi tanınmaz vəziyyətdə olub. Hər iki cəsədi FHN-in xilasediciləri avtomobildən çıxarıb.

Qəzadan sonra məlum olub ki, həlak olan Elnur Çağırqanov hüquq-mühafizə orqanlarında çalışırdı, polis zabiti idi, Ləman Süleymanzadə isə polis serjantı idi və ASAN xidmət-də çalışırdı. 

Allah rəhmət eləsin!

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man